🎓 Ausbildung Nədir?
Ausbildung Almaniyada peşə təhsili sistemidir. Həm nəzəri (Berufsschule — peşə məktəbi), həm də praktiki (müəssisə) hazırlıqdan ibarətdir. Ausbildung zamanı maaş alırsın — bu, onu daha da cəlbedici edir.
📊 Əsas məlumatlar
- Müddəti: 2–3,5 il (sahəyə görə)
- Dil tələbi: əksər sahədə B1
- Maaş: Ausbildung zamanı ödənilir
- Sertifikat: tanınan dövlət sertifikatı
- Karyera: bitirdikdən sonra işə götürülmə şansı yüksəkdir
🏭 Populyar Ausbildung sahələri
- Aşpaz (Koch/Köchin)
- Qulluq köməkçisi (Pflegehelfer)
- Logistika (Lagerlogistik)
- Elektrik (Elektroniker)
- Satış (Kaufmann/Kauffrau)
- Otel sektoru (Hotelfachmann)
- İT (Fachinformatiker)
Dil tələbləri
📘 A2 ilə mümkündürmü?
Bəzi sadə peşələrdə A2 ilə qəbul ola bilərsən, lakin bu nadir haldır. A2 kommunikasiya üçün minimum sayılır. Ausbildung prosesi boyunca dilin daha çox inkişaf edir.
📙 Niyə B1 vacibdir?
B1 Ausbildung üçün standart tələb hesab olunur. İş müsahibəsini başa düşmək, sənədlər yazmaq, müəssisədə ünsiyyət qurmaq üçün B1 lazımdır.
Ausbildung üçün lazım olan sənədlər
CV / Lebenslauf
Alman formatında, şəkilli
Motivasiya məktubu
Anschreiben / Motivationsschreiben
Dil sertifikatı
Goethe, telc, ÖSD (B1 tövsiyə olunur)
Təhsil sənədləri
Attestat / diplom (notariat)
Pasport
Ən az 6 ay etibarlı
Biyometrik foto
Son 6 ay çəkilmiş
Müraciət addımları
Dil hazırlığı
Ən azı B1 səviyyəsinə çat, Goethe sertifikatı al.
Sənəd hazırlığı
CV, motivasiya məktubu, diploma notariat.
Ausbildung tap
Almaniyanın iş elanı saytlarında axtarış et (Indeed, Make it in Germany).
Müraciət et
Müəssisəyə birbaşa müraciət et, cavab gözlə.
Müsahibə
Ausbildung müsahibəsinə hazırlaş (sadə Alman dilini bil).
Viza müraciəti
Müqavilə aldıqdan sonra Ausbildung vizası üçün müraciət et.
Ausbildung qaydaları sahəyə və şirkətə görə dəyişə bilər. Fərdi vəziyyətin üçün WhatsApp vasitəsilə bizimlə əlaqə saxla.
Ausbildung üçün dil hazırlığına başla
Alman dili A1-dən B1-ə qədər — dərsliklər, testlər və fərdi məsləhət. Ausbildung yolun buradan başlayır.